Bank Of Baku

Avrozonanın sonuncu ölkəsi “Yunanıstanın xilası planı”nı ratifikasiya edib

Avrozonanın sonuncu ölkəsi “Yunanıstanın xilası planı”nı ratifikasiya edib
# 14 oktyabr 2011 07:45 (UTC +04:00)
APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bununla da 2014-cü ilin iyun ayında keçirilməli olan seçkilərin vaxtı 2 il 3 ay irəli çəkilib.

Növbədənkənar seçkilər keçirilməsini tələb edən müxalifət yalnız bu halda Avropa Stabilləşmə Fondunun (EFSF) təxminən iki dəfə artırılmasına səs verəcəyini bildirirdi. Oktyabrın 12-də sənədi ratifikasiya edə bilməyən parlament İveta Radiçovanın başçılıq etdiyi hökumətə etimadsızlıq göstərib. Slovakiyadakı hökumət böhranı səbəbindən Avropa İttifaqının (Aİ) 17-18 oktyabrda Brüsseldə keçiriləcək sammiti oktyabrın 23-nə təxirə salınıb. Çünki Slovakiya EFSF-nin artırılmasını ratifikasiya etməyən sonuncu Aİ ölkəsi idi.

Tələbi qəbul edildikdən sonra müxalif deputatlar sənədin ratifikasiyasına mane olmaqdan vaz keçib və “avrozonanın xilası planı” adlandırılan məsələnin lehinə səs verib. Beləliklə, avrozonaya daxil olan 17 ölkənin hamısı EFSF-nin 440 mlrd. avrodan 770 mlrd. avroya artırılmasını ratifikasiya etmiş olub. Əgər bu addım atılmasa, Yunanıstanın dövlət borcu üzrə defoltu qaçılmaz olacaqdı.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu 300 mlrd. dolları ötür. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR