Bank Of Baku

ABŞ ştatının paytaxtı özünü müflis elan edib

ABŞ ştatının paytaxtı özünü müflis elan edib
# 14 oktyabr 2011 08:23 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın Pensilvaniya ştatının paytaxtı Harrisberq şəhəri müflis olduğunu elan edib. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, buna səbəb paytaxt bələdiyyəsinin kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilməməsidir.

Şəhərin əsasən Uoll-strit korporasiyalarından ibarət kreditorları artıq borcun ödənilməsi tələbi ilə məhkəmələrə 6 iddia ərizəsi təqdim edib. Bələdiyyə isə şəhər büdcəsini bir neçə dəfə üstələyən 300 mln. dollara yaxın borcu ödəmək iqtidarında deyil. Çünki bunun üçün sosial ödənişlərin, tibbi xidmətlərin və digər bələdiyyə funksiyalarının yerinə yetirilməsi dayandırılmalıdır. Buna baxmayaraq, narazı kreditorlar şəhər rəhbərliyindən gəlirləri ilk növbədə borc öhdəliklərinin yerinə yetirilməsinə yönəltməyi tələb edirlər.

Federal hökumət ştat paytaxtının müflis olmaq barədə müraciətini qəbul edərsə, Harrisberq iflas edən ikinci ən böyük ABŞ şəhəri olacaq. Bu sahədə “rekord” 2008-ci ildə özünü müflis elan edən Valleyo (Kaliforniya) şəhərinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR