Bank Of Baku

«Bank Avrasiya»nın aktivləri son bir ildə 19% artıb

«Bank Avrasiya»nın aktivləri son bir ildə 19% artıb
# 14 oktyabr 2011 08:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2011-ci il oktyabr ayının 1-nə 65,398 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 27% artaraq 22,275 mln. manat, o cümlədən istehlak kreditləri 25% artaraq 2,597 mln. manat, depozit portfeli 26% genişlənərək 35,061 mln. manat, o cümlədən əhalinin əmanətləri 26% artaraq 34,098 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 1,1% azalaraq 20,030 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 13,2% artaraq 3,370 mln. manat, xərcləri isə 15% artaraq 3,714 mln. manata çatıb. Nəticədə, bankın bu ilin yanvar-sentyabr ayları üzrə zərəri 0,344 mln. manat olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 31% çoxdur.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Cari il oktyabrın 1-nə bankın müştərilərinin sayı 1 892, aktiv plastik kartlarının sayı 1 165, işçilərin sayı isə 44 nəfər olub. Hazırda bankın 1 filialı, 5 bankomatı və 32 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR