Bank Of Baku

Azərbaycanın gələn ilki dövlət büdcəsinin layihəsi oktyabrın ikinci yarısında parlamentə təqdim olunacaq

Azərbaycanın gələn ilki dövlət büdcəsinin layihəsi oktyabrın ikinci yarısında parlamentə təqdim olunacaq
# 14 oktyabr 2011 09:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsi oktyabrın ikinci yarısında Milli Məclisə təqdim olunacaq. Bu barədə «APA-Economics»ə Milli Məclisin deputatı, iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Onun sözlərinə görə, büdcə layihəsi Nazirlər Kabinetindən Prezident Administrasiyasına təqdim olunub ki, hazırda layihə dövlət başçısı tərəfindən baxılır: «Düşünürəm ki, oktyabrın ikinci yarısında büdcə layihəsi parlamentə təqdim olunacaq».

V.Əhmədov onu da bildirib ki, 2012-ci il dövlət büdcəsinin layihəsində əsas diqqət investisiya və sosial yönümlü layihələrin icrasına yetiriləcək: «Büdcə layihəsində gəlir və xərclər təxminən 16,5 mlrd. manat məbləğində nəzərdə tutulub ki, investisiya layihələrinin maliyyələşdirilməsinə büdcə xərclərinin 33-34%-i yönəldiləcək. Bir o qədər də sosial yönümlü məsrəflər təşkil edəcək. Sosial sahədə əsasən əmək haqlarının artırılmasına, səhiyyə və təhsil sahələrinin inkişafına diqqət yetiriləcək».

Hərbi sahənin inkişafına da büdcə xərclərinin artırılacağını qeyd edən millət vəkili bildirib ki, bu artım çox böyük həcmdə olmayacaq.

Qeyd edək ki, 2012-ci il icmal büdcəsinin gəlirləri 16 436,4 mln. manat, xərcləri 16 984,4 mln. manat, kəsiri isə 548 mln. manat səviyyəsində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR