Bank Of Baku

Vahid Əhmədov: «Azərbaycanın kənd təsərrüfatına 500 mln. dollar sərmayə yatırılmalıdır»

Vahid Əhmədov: «Azərbaycanın kənd təsərrüfatına 500 mln. dollar sərmayə yatırılmalıdır»
# 14 oktyabr 2011 10:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı sektorunda ildə 8-10% artımına nail olmaq üçün bu sahəyə ildə 500 mln. ABŞ dolları məbləğində sərmayə yatırılmalıdır. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin deputatı, iqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində hələ də müəyyən problemlər mövcuddur və bu sahəyə diqqət artırılmalıdır.

Kənd təsərrüfatı sektorunun ayrı-ayrı sahələrinin inkişaf etdiyini bildirən millət vəkili qeyd edib ki, taxılçılıq sahəsində Azərbaycan uğurlu nailiyyətlər əldə edib: «Buna baxmayaraq, kənd təsərrüfatı sahəsinin ümumi inkişafı hələ də zəifdir. Bu sahəyə diqqət artırılmalıdır ki, mövcud olan problemlər aradan qaldırılsın. Kənd təsərrüfatı sahəsinə ildə 500 mln. dollar sərmayə qoyulmalıdır ki, ildə 8-10%-lik artım olsun».

V.Əhmədov onu da qeyd edib ki, dövlət büdcəsinin layihəsinə baxıldıqda ölkənin qeyri-neft sektorunun inkişafı müzakirə olunur və kənd təsərrüfatı sahəsi məhz bu sektora daxildir.

Qeyd edək ki, 2012-ci il dövlət büdcəsinin layihəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 472,3 mln. manat və ya 2011-ci illə müqayisədə 19,3 mln. manat və yaxud 4,3% çox vəsaitin ayrılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR