Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının Məlumat Mərkəzi işə başlayıb

Azərbaycan Beynəlxalq Bankının Məlumat Mərkəzi işə başlayıb
# 14 oktyabr 2011 10:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Məlumat Mərkəzi bu həftədən işə başlayıb. Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin «APA-Economics»ə verdiyi məlumata görə, müştərilər Mərkəzə müraciət edərək əmanətlər və plastik kartlar üzrə şərtləri, pul köçürmələri üzrə tarifləri, elektron bankçılıq və fiziki şəxslərə təqdim edilən digər bank xidmətləri üzrə məlumatlar əldə edə bilərlər. Eyni zamanda, Məlumat Mərkəzinin xidmətlərindən korporativ müştərilər də faydalana bilərlər.

R.Ağayevin sözlərinə görə, müştəri ona xidmət göstərən filiala müraciət edərkən Şəxsi Telefon Kodu ala bilər və həmin Kod müştəriyə onun hesabları barədə məlumatlar əldə etməyə imkan verəcək.

ABB-nin Məlumat Mərkəzi ilə 437 79 00 telefon nömrəsi ilə əlaqə saxlamaq olar. Eyni zamanda *BANK (*2265) kodu yığmaqla mobil telefonlardan da əlaqə saxlamaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR