Bank Of Baku

Bu il Azərbaycanda büdcənin tam icra olunacağı gözlənilir

Bu il Azərbaycanda büdcənin tam icra olunacağı gözlənilir
# 14 oktyabr 2011 11:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda dövlət büdcəsi proqnozlarının tam yerinə yetiriləcəyi gözlənilir. Bu barədə «APA-Economics»ə Milli Məclisin deputatı, iqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Onun sözlərinə görə, 2011-ci ilin dövlət büdcəsinin proqnozlarının icrasında heç bir problem yaramayacaq və proqnozlar tam yerinə yetiriləcək.

Qeyd edək ki, cari ilin mayın 27-də parlament tərəfindən qəbul olunan 2011-ci il dövlət büdcəsinə dəyişiklərə əsasən, gəlirlər 29% və ya 15 554,2 mln. manata qədər, xərclər isə 25% və ya 15 941,2 mln. manatadək artırılıb.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 6,9 mlrd. manat məbləğində vəsait daxil olub, büdcədən 6,2 mlrd. manat vəsait xərclənib, 667,3 mln. manat məbləğində, yaxud ÜDM-in 2,5%-i qədər profisit yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR