Bank Of Baku

«Başak-İnam» şirkəti «Gələcəyimizi Sığortalayaq» layihəsinin ikinci mərhələsinə başlayıb

«Başak-İnam» şirkəti «Gələcəyimizi Sığortalayaq» layihəsinin ikinci mərhələsinə başlayıb
# 14 oktyabr 2011 11:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Başak-İnam» sığorta şirkəti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə «Gələcəyimizi Sığortalayaq» layihəsi üzrə ikinci mərhələyə başlayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində seçilmiş 30 tələbə «Başak-İnam» sığorta şirkətinin təmənnasız olaraq təşkil etdiyi «Ümumi Sığortaçılıq» təlimlərinə qatılacaq.

Təlimlər həftədə 2 dəfə olmaqla 6 həftə davam edəcək, sonda imtahan keçiriləcək. İmtahanı müvəffəqiyyətlə başa vurmuş tələbələr «Başak-İnam» sığorta şirkəti tərəfindən sertifikatla təmin olunacaq, hədiyyələr təqdim ediləcək və şirkətdə 3 aylıq təcrübə keçəcəklər.

Xatırladaq ki, layihənin birinci mərhələsi bu ilin aprel-may aylarında həyata keçirilib. Bu mərhələdə müxtəlif universitetlərdən 12 tələbə təlimlərə qatılıb, sonda verdikləri imtahanın nəticələrinə görə sertifikatla təmin olunublar. Şirkəti imtahanı uğurla keçmiş tələbələrin şirkətdə təcrübə keçməsi üçün müvafiq şərait yaradıb.

Qeyd edək ki, səhmdarları Fransanın «Groupama» (49%), «Turanbank» ASC (15%), «Azər-Türk Bank» (10%), «Aqrarkredit» bank olmayan kredit təşkilatı (1,2%) və fiziki şəxslər (24,8%) olan «Başak İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 3,5 mln. manat təşkil edir. Şirkət müştərilərə 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR