Bank Of Baku

«Bank Standard» plastik kart sahibləri üçün yeni kampaniya keçirir

«Bank Standard» plastik kart sahibləri üçün yeni kampaniya keçirir
# 14 oktyabr 2011 12:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC bu il oktyabr ayının 16-dan başlayaraq bankın kart sahibləri üçün nəzərdə tutulmuş «Kartla ödə, «Apple» qazan!» adlı yeni aksiyaya başlayacaq.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin sentyabr ayına qədər davam edəcək aksiyanın məqsədi kartlarla aparılan ödənişlərin sayını mümkün qədər artırmaqdan ibarətdir.

Ödənilmiş məbləğin hər 10 şərti vahidi (manat, dollar, avro, funt sterlinq) müqabilində kart sahibi bir lotereya şansı əldə edir. Məsələn, 50 manat ödəniş aparmış kart sahibinə 5 lotereya şansı, 48 manat ödəniş isə 4 lotereya şansı verir. Aksiyanın istənilən mərhələsində toplanan lotereya şansları növbəti mərhələlərdə də etibarlı olacaq. Eyni zamanda, aksiya ərzində «Bank Standard»ın kart məhsullarını alanlar da kartın növündən asılı olaraq müxtəlif sayda lotereya şansı qazanacaqlar.

Dörd mərhələdən ibarət olan aksiyanın uduş fondu 10 ədəd «MacBook Pro», 10 «MacBook Air» noutbukları, 10 ədəd «iPad2» planşeti və 10 ədəd «iPhone» mobil telefonundan ibarətdir.

Lotereya tirajları 2012-ci il yanvarın 24-də, aprel 17-də, iyulun 17-də və oktyabrın 17-də bankın baş ofisində (Azərbaycan prospekti,4) keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR