Bank Of Baku

«Access Bank»da əhalinin əmanətləri son bir ildə 55% artıb

«Access Bank»da əhalinin əmanətləri son bir ildə 55% artıb
# 14 oktyabr 2011 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin aktivlərinin həcmi 2011-ci il oktyabr ayının 1-nə 372,078 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 10% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2% artaraq 279,112 mln. manata, o cümlədən istehlak kreditləri 26% artaraq 28,1 mln. manata, depozit portfeli isə 55% genişlənərək 106,309 mln. manata, o cümlədən əhalinin əmanətləri 55,3% artaraq 100,060 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 20,1% artaraq 90,137 mln. manat, o cümlədən nizamnamə kapitalı 62,2% artaraq 67,800 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 1,05% artaraq 43,310 mln. manat, xərcləri isə 18% artaraq 34,798 mln. manat olub. Nəticədə, bankın mənfəəti 36% azalaraq 8,512 mln. manat təşkil edib.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci il oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «Access Holding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 29 filialı, 30 bankomatı və 58 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR