Bank Of Baku

«İpək Yolu Sığorta» şirkətinin daxilolmaları kəskin artıb

«İpək Yolu Sığorta» şirkətinin daxilolmaları kəskin artıb
# 14 oktyabr 2011 14:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «İpək Yolu Sığorta» şirkətinin 2011-ci il yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 20,546 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 84% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə daxilolmaların strukturunda ən çox vəsait «Hava nəqliyyatı vasitələrinin sığortası» (13,341 mln. manat), «Hava nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası» (5,655 mln. manat) və «Ümumi mülki məsuliyyətin sığortası» (0,624 mln. manat) növlərinin payına düşüb.

Ödənişlərə gəldikdə isə bu müddət ərzində sığorta hadisələri üzrə ödənilən vəsaitin həcmi 7 dəfə artaraq 2,872 mln. manata çatıb. Sığorta ödənişlərində ən çox vəsait «Hava nəqliyyatı vasitələrinin sığortası» (2,842 mln. manat və ya 98,9%) və «Avtonəqliyyat vasitələrinin sığortası» (21,754 min manat və ya 0,76%) növləri üzrə ödənilib.

Qeyd edək ki, hesabat dövründə şirkətin könüllü sığorta növləri üzrə toplanan yığımların həcmi 2,035 mln. manat, icbari sığorta növləri üzrə 196,848 min manat olub. Ödənişlərdə isə vəsaitin hamısı könüllü sığorta növləri (2,872 mln. manat) üzrə həyata keçirilib.

Xatırladaq ki, «İpək Yolu Sığorta» ASC 1995-ci ildə «AZAL Sığorta» kimi yaradılıb, 2011-ci ilin iyul ayında şirkətin adı «İpək Yolu Sığorta» ASC-yə dəyişib. Şirkət hazırda 25 sığorta növü üzrə xidmət göstərir. Cari il oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 8,855 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR