Bank Of Baku

ABŞ-ın iri şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir

ABŞ-ın iri şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir
# 15 oktyabr 2011 09:22 (UTC +04:00)
Bakı – APA. Ötən gün ABŞ-ın Nyu-York şəhərində və bir neçə iri meqapolisində dövlətin yeritdiyi siyasətə etiraz olaraq «Uoll Striti zəbt edək!» şüarı altında kütləvi yürüş keçirilib. Polisin keçirdiyi əməliyyatlar nəticəsində aksiyanın onları iştirakçısı həbs olunub.

APA-nın məlumatına görə, Denver, Sietl, San-Diyeqo və Nyu-Yorkda keçirilən etiraz aksiyalarında iştirak edənlərin sayı həddindən artıq çox olub və polis insan axınının nizamlanmasında ciddi problemlərlə üzləşib.

San-Diyeqo şəhərində aksiya iştirakçıları avtomobil yollarında oturaq aksiya keçiriblər və polis qüvvələri etirazçıları gözyaşardıcı qazdan istifadə etməklə qovublar. Nyu-Yorkda isə şahidlər polisin hətta dəyənəkdən istifadə etdiyini bildirirlər.

Qeyd edək ki, Nyu-Yorkda etiraz aksiyaları hələ sentyabrın 17-də başlayıb və Nyu-York Fond Birjasının binası yaxınlığında çadır şəhərciyi qurulub. Aksiya iştirakçıları dövlətin iqtisadi siyasətini «maliyyə terrorizmi» kimi qiymətləndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR