Bank Of Baku

Azərbaycan kənd və meşə təsərrüfatlarının maliyyələşdirilməsini artırır

Azərbaycan kənd və meşə təsərrüfatlarının maliyyələşdirilməsini artırır
# 15 oktyabr 2011 09:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 472,3 mln. manatın ayrılması planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu, 2011-ci ildə nəzərdə tutulan vəsaitdən 4,3% çoxdur.

O cümlədən, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri üzrə «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üçün 112 mln. manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri üzrə meliorasiya, irriqasiya və suvarma sistemlərinin stabil maliyyə təminatı üçün 225,9 mln. manat, meşə təsərrüfatı, balıqçılıq, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və digər ekoloji tədbirlərin həyata keçirilməsi üçün 55 mln. manat, torpaq islahatı, geodeziya-topoqrafiya, torpaq kadastrı və xəritəçəkmə tədbirlərinin həyata keçirilməsi üçün 13,9 mln. manat, digər tədbirlər üçün 65,5 mln. manatın ayrılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR