Bank Of Baku

Azərbaycan gələn il də xarici ticarət sahəsində böhrandan öncəki səviyyəyə çata bilməyəcək

Azərbaycan gələn il də xarici ticarət sahəsində böhrandan öncəki səviyyəyə çata bilməyəcək
# 15 oktyabr 2011 10:30 (UTC +04:00)
«APA-Economics»in Maliyyə Nazirliyinin dərc etdiyi «Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri»nin təqdimatına istinadən verdiyi məlumata görə, gələn il Azərbaycanın xarici ticarət dövriyyəsinin 36,3 mlrd. ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Belə ki, ixracın 26,6 mlrd. dollar, idxalın isə 9,7 mlrd. dollar təşkil edəcəyi gözlənilir: «Ümumi ixracın 92,4%-ni neft və qaz sektoru təşkil edəcəyi proqnozlaşdırılır».

Göründüyü kimi, 2012-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin orta aylıq həcminin 3,025 mlrd. dollar olacağı gözlənilir, halbuki 2011-ci ilin yanvar-iyul ayları üzrə bu göstərici 2,942 mlrd. dollar, 2010-cu ildə isə 2,325 mlrd. dollar təşkil edib.

Ticarət dövriyyəsinin ilbəil artmasına baxmayaraq, bu göstərici hələ də böhrandan əvvəl qeydə alınan həcmə çatmır. Belə ki, 2008-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 54,9 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 20,8 mlrd. dollar, 2010-cu ildə 27,9 mlrd. dollar, cari ilin ilk yeddi ayı ərzində isə 20,6 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR