Bank Of Baku

Bakı Fond Birjasında dövlət ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi keçiriləcək

Bakı Fond Birjasında dövlət ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi keçiriləcək
# 15 oktyabr 2011 15:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 18-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti tranşının yerləşdirilməsi həyata keçiriləcək. Hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq. İpoteka Fondundan «APA-Economics»ə verilən məlumata görə, istiqrazlar 100,1167% qiyməti ilə satışa çıxarılacaq.

İstiqrazların ödəmə tarixi 2018-ci il avqustun 28-dir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının bu, əlavə emissiyası 2011-ci ilin sentyabrın 23-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 min manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Qeyd edək ki, bu istiqrazların yerləşdirilməsinə sentyabrın 23-də başlanılıb və bu günədək 3 mln. manat həcmində istiqraz yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR