Bank Of Baku

«Bakı Sığorta»nın daxilolmaları son bir ildə 48% artıb

«Bakı Sığorta»nın daxilolmaları son bir ildə 48% artıb
# 15 oktyabr 2011 16:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» ASC-nin 2011-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 3,108 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 48% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta hadisələri üzrə ödənişləri 19,3% azalaraq 549 min manat olub.

Bu müddət ərzində şirkət tərəfindən «Avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə 1,538 mln. manat, «Könüllü tibbi sığorta» növü üzrə 703,538 min manat, «Əmlak sığortası» üzrə 222,632 min manat, «Yanğından icbari sığorta» üzrə 204,158 min manat, «Fərdi qəza sığortası» üzrə 119,058 min manat və digər sığorta növləri üzrə isə 320 manat həcmində vəsait toplanılıb.

Xatırladaq ki, təsisçisi «Bank Respublika» ASC (51%) və digər yerli hüquqi və fiziki şəxslər olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Cari il sentyabrın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 5,520 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR