Bank Of Baku

ABŞ-ın büdcə kəsiri 2 dəfə artıb

ABŞ-ın büdcə kəsiri 2 dəfə artıb
# 15 oktyabr 2011 16:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın büdcə kəsiri sentyabr ayında 64,5 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 86,4% çoxdur. «APA-Economics»in məlumatına görə, büdcə gəlirləri illik müqayisədə 2,1% azalaraq 240,15 mlrd. dollar, xərclər isə 8,2% artaraq 304,72 mlrd. dollar təşkil edib.

Ümumilikdə, sentyabrın 30-da başa çatmış 2011-ci maliyyə ili üzrə ABŞ-ın büdcə kəsiri 1,299 trln. dollar təşkil edib ki, bu da əvvəlki maliyyə ilinin analoji göstəricisindən 0,4% çoxdur.

Qeyd edək ki, ABŞ hökuməti il ərzində dəfələrlə 2011-ci ildə büdcə kəsirinin 1,3 trln. dollardan artıq olmayacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR