Bank Of Baku

Asiya İnkişaf Bankının missiyası Bakıya gəlib

Asiya İnkişaf Bankının missiyası Bakıya gəlib
# 17 oktyabr 2011 08:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) missiyası AİB-in özəl banklara ayırdığı kreditlərin qiymətləndirilməsi və yeni kreditlərin verilməsinin mümkünlüyünü araşdırmaq üçün Azərbaycana gəlib.

Bankdan “APA-Economics”ə verilən məlumatına görə, missiya AİB-dən kredit almış özəl bankların nümayəndələri ilə görüşəcək və həmin bankların kreditləri necə idarə etdiklərini qiymətləndirəcək.

Missiya Azərbaycanda kiçik və orta sahibkarların və özəl sektorun dəstəklənməsi məsələsində kreditlərin nə dərəcədə effektiv olduğunu da dəyərləndirəcək. AİB-in Azərbaycanda özəl sektora kreditlər ayırmasını genişləndirmək üçün AİB-in ekspertləri Azərbaycanın bank sektorunu diqqətlə araşdıracaq.

AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib ki, AİB-in əsas məqsədi ekoloji cəhətdən davamlı, hərtərəfli inkişafı və regional inteqrasiyanı stimullaşdırmaqla yoxsulluğu azaltmaqdır.

Missiya öz işini oktyabrın 22-də başa vuracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR