Bank Of Baku

Ümumdünya Gömrük Təşkilatı: Azərbaycan informasiya kommunikasiya texnologiyalarının tətbiqinə görə dünyada qabaqcıl yerlərdən birini tutur

Ümumdünya Gömrük Təşkilatı: Azərbaycan informasiya kommunikasiya texnologiyalarının tətbiqinə görə dünyada qabaqcıl yerlərdən birini tutur
# 17 oktyabr 2011 08:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. “Azərbaycan informasiya kommunikasiya texnologiyalarının tətbiqinə görə dünyada qabaqcıl yerlərdən birini tutur”. “APA-Economics”-in xəbərinə görə, bunu Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kuniyo Nikuriya bildirib.

Azərbaycanda gömrük sahəsində atılan addımları dəstəklədiklərini bildirən baş katib bu sahədə informasiya kommunikasiya texnologiyalarının tətbiqini alqışladıqlarını bildirib: “Ancaq istərdik ki, Azərbaycan informasiya kommunikasiya texnologiyalarını digər gömrük xidmətlərində da tətbiq etsin”.

K. Nikuriya Azərbaycanla iş birliyinə diqqət yetirdiklərini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR