Bank Of Baku

«KredoBank»ın mənfəəti son bir ildə 8% azalıb

«KredoBank»ın mənfəəti son bir ildə 8% azalıb
# 17 oktyabr 2011 09:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «KredoBank» ACS-nin aktivlərinin həcmi 2011-ci ilin oktyabr ayının 1-nə 88,538 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 18,8% azalaraq 12,620 mln. manat, o cümlədən əhalinin əmanətləri 22,8% artaraq 11,171 mln. manat, kredit portfeli 10,3% artaraq 69,716 mln. manat, o cümlədən istehlak kreditləri 60,6% artaraq 13,834 mln. manata, 12 ayadək kreditlər 23,775 mln. manat, 12 aydan kreditlər 40,872 mln. manat, vaxtı keçmiş kreditlər isə 10,423 mln. manat təşkil edib.

Son bir ildə bankın məcmu kapitalı 41% artaraq 22,530 mln. manat, o cümlədən nizamnamə kapitalı 57,5% artaraq 20,540 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 14,2% azalaraq 6,168 mln. manat, xərcləri isə 14,6% artaraq 5,799 mln. manat olub. Nəticədə bankın mənfəəti 7,5% azalaraq 369 min manata çatıb.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» 1994-cü ildə yaradılıb. Bankın ölkə üzrə 15 filialı, 5 bankomatı və 92 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR