Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyası bu ilin yanvar-sentyabr aylarında görülmüş işlərin yekun hesabatını təsdiqləyib

Azərbaycan Sığortaçılar Assosiasiyası bu ilin yanvar-sentyabr aylarında görülmüş işlərin yekun hesabatını təsdiqləyib
# 17 oktyabr 2011 09:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sonuncu ümumi yığıncağında qurumun bu ilin III rübü üzrə görülmüş işlərin nəticələri ilə bağlı yekun hesabatı təsdiqlənib. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın icraçı direktoru Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, iclasda bu ilin III rübündə görülmüş işlərin yekunları, o cümlədən cari ilin büdcəsinin xərclər hissənin vəziyyəti, həmçinin II Sığorta Olimpiadasının nəticələri qənaətbəxş hesab olunaraq təsdiq edilib.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR