Bank Of Baku

Azərbaycanın sığorta bazarı son bir ildə 40% artıb

Azərbaycanın sığorta bazarı son bir ildə 40% artıb
# 17 oktyabr 2011 10:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 165,269 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40% çoxdur.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 15,1% artaraq 41,190 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 2,2 dəfə artaraq 2,379 mln. manat, qeyri-həyat sığortası üzrə sığorta haqları 30% artaraq 121,720 mln. manat, icbari sığorta növləri üzrə isə 80% artaraq 41,171 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 45% azalaraq 144,455 min manata, qeyri-həyat sığortası üzrə ayrılan vəsaitlər 16% artaraq 33,761 mln. manat, icbari sığorta növləri üzrə isə 14,4% artaraq 7,284 mln. manata çatıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (32,442 mln. manat), «Tibbi sığorta» (23,153 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (22,103 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» (16,338 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (11,508 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 20%, 14%, 13%, 9,9% və 7% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (14,251 mln. manat və ya 35%), «Avtonəqliyyat vasitələrinin sığortası» (11,976 mln. manat və ya 29,1%), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (5,303 mln. manat və ya 13%) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (2,157 mln. manat və ya 5,2%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 27 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR