Bank Of Baku

«TuranBank» «Cash by Code» xidmətinə qoşulub

«TuranBank» «Cash by Code» xidmətinə qoşulub
# 17 oktyabr 2011 11:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «TuranBank» ASC «Cash by Code» xidmətinə qoşulub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bankın plastik kart müştəriləri ölkə daxili bankomatlar vasitəsilə Azərbaycanın istənilən nöqtəsində yerləşən «Azərikart» Prosessinq Mərkəzinin xidmət göstərdiyi bankların bankomatlarına manat, ABŞ dolları və Avro ilə, həmçinin Rusiyaya ABB-Moskvanın bankomatlarına rus rublu ilə pul köçürə bilərlər. Bu xidmət sutkanın istənilən vaxtında xüsusi kod vasitəsilə həyata keçirilir. «TuranBank»ın müştəriləri kod vasitəsilə pul köçürülmə xidmətindən həmçinin Rusiyadan Azərbaycana pul köçürərkən istifadə edə bilərlər.

Bankdan bildirilib ki, müştəri kartı bankomata daxil edir və əməliyyatın dilini seçir. Sonra PİN-kod daxil edilir. Açılmış menyudan «Cash by code» əməliyyatı, sonra isə «Pulu göndərmək» düyməsi seçilir. Pul göndərilən şəxsin mobil telefon nömrəsi daxil edilir, valyuta seçilir və pul göndərilir.

Sistemdə iki hissədən ibarət kod formalaşır. Birinci hissə çek formasında çap olunur və göndərən şəxsdə qalır, ikinci hissə SMS şəklində alan şəxsin mobil telefonuna göndərilir. Pulu göndərən şəxs kodun birinci hissəsini alana təqdim etməlidir, çünki göndərilən pulu nağdlaşdırmaq üçün hər iki kod yığılmalıdır. Kod 24 saat aktiv olur. Alan şəxs bankomata yaxınlaşaraq «Cash by Code» əməliyyatı üzrə dili seçir və hər iki kodu daxil edir. Kod daxil edildikdən sonra göndərilən məbləğ bankomatdan çıxır.

Xatırladaq ki, təsisçisi 5 hüquqi və 21 fiziki şəxs olan «TuranBank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR