Bank Of Baku

Bakıda Asiya İnkişaf Bankının CAREC üzrə Nazirlər Konfransı keçiriləcək

Bakıda Asiya İnkişaf Bankının CAREC üzrə Nazirlər Konfransı keçiriləcək
# 17 oktyabr 2011 12:19 (UTC +04:00)
Bu barədə «APA-Economics»in AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən qeyd olunub ki, konfransa CAREC-a üzv olan ölkələrin iqtisadiyyat nazirləri qatılacaq: «Tədbirdə Proqram çərçivəsində ötən 10 il ərzində görülmüş işlər təhlil olunacaq və gələcəkdə görülən işlərə dair müzakirələr aparılacaq. Eyni zamanda konfrans çərçivəsində CAREC üzrə 2020-ci ilədək inkişaf strategiyasının təsdiq olunacağı gözlənilir».

Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir. Hazırda Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanıstan və Pakistan CAREC-ın üzvüdür.

Xatırladaq ki, 2008-ci ilin noyabr ayında Bakıda CAREC üzrə VII Nazirlər Konfransı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR