Bank Of Baku

Azərbaycanda «Kapital bazarlarının müasirləşdirilməsi» layihəsinin icrasına yaxın aylarda başlanacaq

Azərbaycanda «Kapital bazarlarının müasirləşdirilməsi» layihəsinin icrasına yaxın aylarda başlanacaq
# 18 oktyabr 2011 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Dünya Bankının (DB) və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyəti ilə «Kapital bazarlarının müasirləşdirilməsi» layihəsinin imzalanma mərasimindən sonra layihənin icrasının hazırlıqlarına dair görüş keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə iştirak edən DB-nın nümayəndə heyətinin rəhbəri xanım Uzma Xəlilin Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı istiqamətində layihə çərçivəsində uğurlar əldə olunduğunu və layihənin icrasına dair tam hazır olduqlarını bildirib.

SECO-nun milli proqram rəhbəri Nailə Səfərova layihədə Azərbaycanın regionda daha müasir və effektiv fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşacağına əmin olduğunu bildirib.

Görüşün davamında komitə sədri Rüfət Aslanlı «Kapital Bazarlarının Müasirləşdirilməsi» layihəsinin hazırlanması dövrü ərzində kifayət qədər mühüm və əhəmiyyətli müzakirələrin aparıldığını qeyd edib. QKDK sədri artıq bir çox şirkətin layihədə iştirak etmək üçün maraq göstərdiyini və layihənin icrasına start verilməsinin yaxın aylarda nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanın kapital bazarlarında səmərəli tənzimləyici çərçivə və infrastrukturun təmin edilməsi, maliyyələşmə və investisiya mexanizmləri kimi səhm və korporativ borc alətlərinin istifadəsinin genişləndirilməsi vasitəsi ilə iqtisadi artım və yüksək rifahı dəstəkləməkdən ibarətdir. Layihənin ümumi dəyəri 15,8 mln. dolları təşkil edir ki, bunun 12 mln. dolları DB tərəfindən kredit, daha 1,6 mln. dollar SECO tərəfindən qrant şəklində ayrılıb. Layihədə Azərbaycan hökumətinin payı isə 2,2 mln. dollar təşkil edir. Layihə 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və DB tərəfindən idarə edilən «FIRST Initiative» proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının bir hissəsidir. Layihə çərçivəsində 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və onun icrasına dair ortamüddətli tədbirlər planı hazırlanacaq. Layihə üzrə kredit sazişi cari ilin sentyabr ayında imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR