Bank Of Baku

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yeni inzibati binaya köçüb

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yeni inzibati binaya köçüb
# 18 oktyabr 2011 07:43 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin yeni inzibati binası istifadəyə verilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, paytaxtın Yasamal rayonu ərazisində inşa edilmiş yeni binada bütün iş yerləri müasir avadanlıq və mebellə təchiz edilib, əməkdaşlar, xüsusilə də Departamentə müraciət edən vergi ödəyiciləri üçün hər cür şərait yaradılıb.

Binada qəbula gələn vətəndaşlar üçün ən müasir standartlara cavab verən qəbul otağı, iş prosesi ilə bağlı Departamentə dəvət olunan şəxslər üçün ayrıca gözləmə otağı da fəaliyyət göstərir. Binanın konstruksiyasında diqqəti cəlb edən maraqlı cəhətlərdən biri də iş otaqlarının dəhliz tərəfdəki divarlarının şüşədən olması, yəni iş prosesinin şəffaflığının təmin edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR