Bank Of Baku

«Unibank»ın aktivləri son bir ildə 13% artıb

«Unibank»ın aktivləri son bir ildə 13% artıb
# 18 oktyabr 2011 08:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin oktyabr ayının 1-nə 404,573 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28% artaraq 296,122 mln. manat, o cümlədən istehlak kreditləri 82% artaraq 188,097 mln. manat, həmçinin depozit portfelinin həcmi 32% artaraq 198,435 mln. manat təşkil edib.

Son bir il ərzində bankın məcmu kapitalı 12% azalaraq 56,892 mln. manat, o cümlədən nizamnamə kapitalı 1,1% artaraq 42,027 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 32,4%% azalaraq 22,153 mln. manat, o cümlədən faiz gəlirləri 16,067 mln. manat, qeyri-faiz gəlirləri 6,086 mln. manata çatıb. Həmçinin bankın ümumi xərcləri 2.1 dəfə azalaraq 17,321 mln. manat olub. Nəticədə, bu ilin yanvar-sentyabr aylarında bankın mənfəəti 4,833mln. manat təşkil edib.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 24 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR