Bank Of Baku

«TBC Kredit» son bir ildə kredit portfelini 35% genişləndirib

«TBC Kredit» son bir ildə kredit portfelini 35% genişləndirib
# 18 oktyabr 2011 12:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatının kredit portfeli 2011-ci ilin oktyabr ayının 1-nə 26,2 mln. dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 35% çoxdur.

Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, kredit portfelinin çox hissəsini, yəni 46%-ni biznes kreditləri təşkil edib. İpoteka və istehlak kreditlərinin portfeldə payı isə müvafiq olaraq 25% və 29% olub. Biznes kreditlərinin 27,5%-ni mikrokreditlər təşkil edib.

Təşkilatdan bildirib ki, son bir ildə ərzində istehlak kreditlərinin həcmində 2,5 dəfəlik artım qeyd alınıb.

Xatırladaq ki, «TBC Kredit» Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Təşkilatın səhmlərinin 75%-ni Gürcüstanın aparıcı bankı olan «TBC Bank»a (Gürcüstan), 25%-i isə «ShoreBank International Ltd.» (ABŞ) şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR