Bank Of Baku

Azərbaycan birjaların dövriyyəsi kəskin artıb

Azərbaycan birjaların dövriyyəsi kəskin artıb
# 18 oktyabr 2011 13:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən birjalar tərəfindən keçirilmiş 577 hərracda dövriyyənin ümumi həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,6 dəfə artaraq 6,337 mlrd. manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar realizə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə Bakı Fond və Bakı Banklararası Valyuta Birjaları xüsusi yer tutub.

Məlumatda deyilir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakı Fond Birjasında dövriyyənin həcmi 4,2 dəfə artaraq 5,690 mlrd. manatlıq qiymətli kağızlar, Bakı Banklararası Valyuta Birjasında isə dövriyyənin həcmi 1,6 dəfə artaraq 630,6 mln. manatlıq ABŞ dolları, 16,3 mln. manatlıq avro satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR