Bank Of Baku

«DəmirBank» xaricdən növbəti iri həcmli kredit cəlb etmək niyyətindədir

«DəmirBank» xaricdən növbəti iri həcmli kredit cəlb etmək niyyətindədir
# 18 oktyabr 2011 14:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC bu ilin sonuna kimi Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) irihəcmli kredit cəlb etmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Y.Cabbarovun sözlərinə görə, EBRD bankın əsas səhmdarlarından biri olmaqla «DəmirBank»ı vəsaitlə, likvidliklə təmin edən xüsusi rola malikdir: «Bugünkü mərhələdə hər hansı bir məbləği açıqlamaq çətindir. Çünki bir müddət qabaq bank xaricdən 25 mln. dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib və hazırda bank həmin vəsaitləri realizə olunması ilə məşğuldur. Buna görə, də əlavə vəsaitlərə ciddi ehtiyac yoxdur».

Y.Cabbarov bildirib ki, cari ilin sonuna kimi və ya növbəti ilin əvvəlində EBRD-dən cəlb ediləcək iri həcmli kreditin reallaşması gözlənilir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR