Bank Of Baku

Azərbaycan İpoteka Fondunun yeni istiqraz emissiyasının növbəti tranşı yerləşdirilib

Azərbaycan İpoteka Fondunun yeni istiqraz emissiyasının növbəti tranşı yerləşdirilib
# 18 oktyabr 2011 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Fonddan “APA-Economics”ə verilən məlumata görə, hərracda 3 investor iştirak edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 3 394 000 manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib. Sifarişlər emitent tərəfindən 100,1167% qiyməti ilə təqdim olunub.

Qeyd edək ki, bu buraxılışın yerləşdirilməsinə oktyabrın 4-də başlanılıb və həmin yerləşdirməni nəzərə alınmaqla ümumi yerləşdirmənin həcmi 6 mln. manata bərabərdir.

Bu istiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2018-ci ilin avqustun 28-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR