Bank Of Baku

Azərbaycanın istehlak bazarı son bir ildə 10% artıb

Azərbaycanın istehlak bazarı son bir ildə 10% artıb
# 19 oktyabr 2011 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ticarət və xidmət şəbəkələrində istehlakçılara 15,3 mlrd. manatlıq və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,6% çox əmtəə satılıb və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak bazarı üzrə real artımın 75,4%-i pərakəndə ticarət, 4,9%-i iaşə fəaliyyəti, 19,7%-i isə pullu xidmətlərin hesabına təmin edilib.

«Cari ilin doqquz ayında pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,3% artaraq 11,6 mlrd. manata, pullu xidmətlərin həcmi 7,4% artaraq 3,7 mlrd. manata bərabər olub», - deyə Komitədən bildirilib.

Hesabat dövründə istehlak bazarı üzrə ümumi artımın 99%-i özəl sektorun fəaliyyəti sayəsində yaranıb. Özəl şəbəkələrdə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 10,2% üstələyərək 14,3 mlrd. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR