Bank Of Baku

Bakıda “Maliyyə vəsaitlərinin səmərəli şəkildə cəlb edilməsi. Beynəlxalq və yerli bazarlar” mövzusunda seminar keçirilir - FOTOSESSİYA

Bakıda “Maliyyə vəsaitlərinin səmərəli şəkildə cəlb edilməsi. Beynəlxalq və yerli bazarlar” mövzusunda seminar keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 19 oktyabr 2011 08:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakıda Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə “Maliyyə vəsaitlərinin səmərəli şəkildə cəlb edilməsi. Beynəlxalq və yerli bazarlar” mövzusunda seminar keçirilir.

APA-Economics”in məlumatına görə, seminar çərçivəsində investisiya mühiti, vəsaitlərin cəlb edilməsi, borc öhdəlikləri və kommersiya ssudaları, layihə maliyyələşdirməsi, İslam prinsipləri əsasında maliyyələşdirmə, dünya maliyyə bazarları kimi mövzularında çıxış və müzakirələr nəzərdə tutulub.

Seminarda çıxış edən palatanın Azərbaycandakı nümayəndəliyin rəhbəri Nizami Piriyev Azərbaycanda investisiya mühitinin əlverişli olduğunu, 1993-cü ildən bu günə kimi ölkə iqtisadiyyata 83 mlrd. dollar həcmində investisiyaların qoyulduğunu bildirib, palatanın əsas vəzifə və funksiyaları barədə məruzə edib. N.Piriyevin sözlərinə görə, palatanın əsas vəzifələri Azərbaycan iş adamlarına investisiya cəlb edilməsi prosesində dəstəyi, yerli malların xarici ölkələrə çıxarılması, beynəlxalq və yerli kapital bazarlarına çıxışında köməklikdən ibarətdir.

Qeyd edək ki, seminarda məruzəçilər kimi “Grant Thornton” beynəlxalq konsaltinq şirkəti, “Simmons&Simmons” beynəlxalq hüquq şirkəti kimi qurumlardan mütəxəssislər dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR