Bank Of Baku

Beynəlxalq Sığorta Şirkətinin sığorta haqlarının həcmi 20% artıb

Beynəlxalq Sığorta Şirkətinin sığorta haqlarının həcmi 20% artıb
# 19 oktyabr 2011 10:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Beynəlxalq Sığorta Şirkətinin (BSS) 2011-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 9,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 18,1% çoxdur.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 9,3 mln. manat sığorta haqqı ilə şirkətin bazar payı 6,3% təşkil edib.
Qeyd edək ki, son bir il ərzində şirkətin sığorta hadisələri üzrə ödənişlərinin həcmi 17,5% artaraq 4,5 mln. manata çatıb. Ödənişlər üzrə şirkətin bazar payı 13,7% olub.
Xatırladaq ki, əsas təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildə fəaliyyətə başlayıb. Şirkət müştərilərinə 5 icbari və 32 könüııü sığorta növü üzrə xidmət göstərir.
Cari ilin oktyabr ayının 1-nə nizamnamə kapitalının həcmi 8,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR