Bank Of Baku

«TBC Kredit» ilin sonunadək kredit portfelini 15% artıracaq

«TBC Kredit» ilin sonunadək kredit portfelini 15% artıracaq
# 19 oktyabr 2011 12:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatı 2011-ci ilin sonunadək kredit portfelinin həcmini 15% artıraraq 30 mln. dollara çatdırmağı planlaşdırır.

Təşkilatın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit portfelinin əsasən biznes kreditləri, ipoteka və istehlak kreditlərinin hesabına artırılması gözlənilir.

Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə təşkilatın kredit portfelinin həcmi 26,2 mln. dollar olub.

Xatırladaq ki, «TBC Kredit» Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Təşkilatın (2007-ci ilin dekabr ayından) səhmlərinin 75%-i Gürcüstanın aparıcı bankı olan «TBC Bank»a (Gürcüstan), 25%-i isə «ShoreBank International Ltd» (ABŞ) şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR