Bank Of Baku

Azərbaycanda inflyasiya 8,4%-ə düşüb

Azərbaycanda inflyasiya 8,4%-ə düşüb
# 19 oktyabr 2011 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri avqust ayı ilə müqayisədə 1,1%, o cümlədən ərzaq mallarının qiymətləri 1,9%, qeyri-ərzaq mallarının qiymətləri 0,4%, xidmət tarifləri isə 0,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr ayları ərzində 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə inflyasiyanın səviyyəsi 8,4% olub, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,4%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, xidmət tarifləri isə 4,5% bahalaşıb. Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında inflyasiyanın səviyyəsi 8,5% olub.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu 2011-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsini 10,3%, Asiya İnkişaf Bankı – 7,5%, Avropa Yenidənqurma və İnkişaf Bankı - 9,1%, Azərbaycan hökuməti isə 8-9% səviyyəsində olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR