Bank Of Baku

“Standard & Poor’s” ARDNŞ-a reytinq verib

“Standard & Poor’s” ARDNŞ-a reytinq verib
# 20 oktyabr 2011 12:18 (UTC +04:00)
APA-Economics”in xəbər verdiyi kimi, bu barədə agentliyin məlumatında deyilir.

Verilən reytinq ARDNŞ-ın lazımi halda hökumətdən dəstək alınması üzrə çox böyük ehtimalı əks etdirir: “Bizim metodologiyaya əsasən, hesab edirik ki, ARDNŞ ölkə iqtisadiyyatında çox vacib rol oynayır ki, bu da onun strateji sahə olan neft sektorunda müstəsna rolu ilə bağlıdır. Həmçinin bu şirkət ölkənin ən iri vergiödəyicisi və işəgötürənidir. Şirkət neft emalı və neft kimya sahəsində inhisar mövqedədir və “Azəri”-“Çıraq”-“Günəşli” və “Şahdəniz” layihələrində minoritar paylara malikdir (müvafiq olaraq 11,6461% və 10%)”.

Agentlik şirkətin kredit qabiliyyəti reytinqini “bb”, biznes-riskin profilini “məqbul”, maliyyə riskinin profilini “əhəmiyyətli” kimi qiymətləndirir. Hazırda olan aktivləri ilə yanaşı, reytinqin qiymətləndirilməsində gələcək irihəcmli kapital qoyuluşları da nəzərə alınıb. Bura həm yeni yataqların işlənməsi, həm də yeni müəssisələrin əldə edilməsi aiddir. Qeyd olunur ki, məsələn, “Petkim” şirkətində nəzarət payının 2 mlrd. dollara alınması ARDNŞ-ın yeni aktivlərə kapital qoyuluşunun hazır olduğunu göstərir. Bundan başqa, bütün neft emalı, neft-kimya sahəsinin müasirləşdirilməsi üzrə hökumətin planları nəticəsində də şirkətin aktivləri artacaq.

“Fikrimizcə, ARDNŞ-ın reytinqinin endirilməsi ehtimalı aşağıdır və bu, yalnız şirkətin hökumətlə əlaqələrinin zəifləməsi nəticəsində baş verə bilər. Eyni zamanda reytinqin yüksəldilməsi ARDNŞ-ın öz kredit qabiliyyətinin artması ilə bağlı ola bilər ki, bu da, məsələn, iri kapital qoyuluşlarının maliyyələşməsini şirkət tərəfindən borc öhdəliklərinin buraxılışı hesabına deyil, dövlət tərəfindən maliyyələşməsi hesabına həyata keçirilməsi halında baş verə bilər”, - deyə agentliyin məlumatında bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR