Bank Of Baku

“Parabank” yeni növ krediti təklif edir

“Parabank” yeni növ krediti təklif edir
# 20 oktyabr 2011 13:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Parabank” ASC Alman-Azərbaycan Fondunun xətti ilə biznes məqsədlərinə verilən “Partnyor” kreditini təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumatına görə, kreditin şərtlərinə əsasən AAF xətti ilə verilən “Partnyor” kreditləri illik 18%-dən başlayaraq 12 ayadək (dövriyyə vəsaitlərin artırılması məqsədlərinə) və 21%-dan başlayaraq 24 aydan 36 ayadək (əsas vəsaitlərin artırılması məqsədlərinə) verilir.

İstənilən müddətli kreditlər üçün 3 aylıq güzəşt dövrü nəzərdə tutulub. Bundan başqa, “Parabank”dan Alman-Azərbaycan Fondunun xətti ilə biznes krediti alanlar bank xərcləri, qiymətləndirmə, sığorta üçün komissiya, nağdlaşdırma və kreditin təhlili üçün heç bir komissiya ödəməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR