Bank Of Baku

Asiya İnkişaf Bankının Direktorlar Şurasının illik toplantısı Bakıda keçirilə bilər

Asiya İnkişaf Bankının Direktorlar Şurasının illik toplantısı Bakıda keçirilə bilər
# 20 oktyabr 2011 13:38 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən verilən məlumata görə, hazırda bununla bağlı AİB-in missiyası Azərbaycanda səfərdədir: «Missiyaya Bankın Direktorlar Şurasında Azərbaycanı təmsil edən icraçı direktor Fil Bouen (Phil Bowen) rəhbərlik edir. Oktyabrın 22-dək davam edəcək səfər çərçivəsində AİB-in nümayəndələri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində görüşlər keçirəcək, ölkənin turistlərin qəbuletmə və logistika potensialını, tədbirin Bakıda keçirilməsinə dair digər məsələləri müzakirə edəcək».

Nümayəndəlikdən həmçinin bildirilib ki, AİB Direktorlar Şurasının illik iclasını Bakıda 2015-ci il və ya sonrakı illərdə keçirilməsi planlaşdırır.

Qeyd edək ki, 2010-cu ildə AİB-in Direktorlar Şurasının illik toplantısı Daşkənddə (Özbəkistan), 2011-ci ildə - Hanoyda (Vyetnam) keçirilib, 2012-ci ildə isə sözügedən toplantı Manilada (Filippin) təşkil olunacaq.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir. AİB 10 illik (1999-2009) əməkdaşlıq dövrü ərzində Azərbaycana 600-700 mln. ABŞ dolları civarında vəsait, eləcə də 11,5 mln. dollar qrant ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR