Bank Of Baku

«AzeriCard» «MobilBank» xidmətinin yeni versiyasını təqdim edib

«AzeriCard» «MobilBank» xidmətinin yeni versiyasını təqdim edib
# 20 oktyabr 2011 14:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AzeriCard» Prosessinq Mərkəzi «MobilBank» xidmətinin yeni versiyasını təqdim edib.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, bu versiya bir neçə üstünlüklərə malikdir, onların arasında da sadələşmiş qoşulma üsulu mövcuddur. İndi «MobilBank» xidmətinin abonenti olmaq üçün mobil operatorlarının ofislərinə gedib Sim-kartı dəyişmək və banka müraciət etməyə daha ehtiyac yoxdur, ATM-dən qeydiyyat parolları çap etmək və telefona İnternet vasitəsilə xüsusi midleti yükləmək kifayətdir.

«MobilBank»ın daha bir üstünlüyü odur ki, bu xidmətə tək Azərbaycanda fəaliyyət göstərən mobil operatorları yox, həmçinin xarici mobil operatorlarını da qoşmaq mümkündür.

Xatırladaq ki, «MobilBank» xidməti balansı yoxlamaq, hesabdan çıxarışı almaq, kartın oğurlanması və ya itirilməsi hallarda onu bloklaşdırmaq, pulu kartdan karta köçürmək, mobil operatorlarının, internet provayderlərinin və kommunal şirkətlərinin xidmətlərini ödəmək imkanı yaradır. Gələcəkdə menyunun yeni ödənişlər və xidmətlər üzrə genişləndirilməsi də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR