Bank Of Baku

«AtaBank» «PIN Change» xidmətini tətbiq edib

«AtaBank» «PIN Change» xidmətini tətbiq edib
# 21 oktyabr 2011 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AtaBank» ASC plastik kart sahiblərinə yeni «PIN Change» xidmətinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət müştərilərə öz standart PİN kodlarının yeni və daha yadda qalan koda dəyişdirilməsinə imkan verir.

Kart dəyişdirildikdə və ya bir neçə kartın sahibi olduqda, bütün PİN kodları yadda saxlamaq çətinlik yaradır. «PİN Change» xidməti məhz belə kateqoriya müştərilər üçün yaradılıb. Yeni xidmət istənilən dördrəqəmli kodu fikirləşib karta tətbiq etməyə imkan verir.

Müştəri kodu «AtaBank»ın bankomatlarında və ya «Mobile-banking», «E-card» xidmətləri vasitəsilə günün istənilən vaxtı dəyişdirə bilər. Xidmət bankın emissiya etdiyi bütün kartlara şamil edilir. PİN kodu dəyişmək üçün bankomatda aşağıdakı əməliyyatları həyata keçirmək lazımdır: «Xidmətlər» - «PIN Change» və yeni PİN kodu yığmaq.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR