Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri Türkiyə prezidentinin iqtisadiyyat üzrə baş məsləhətçisi ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının sədri Türkiyə prezidentinin iqtisadiyyat üzrə baş məsləhətçisi ilə görüşüb
# 21 oktyabr 2011 14:35 (UTC +04:00)
Mərkəzi Bankdan “APA-Economics”-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan iqtisadiyyatının ümumi vəziyyəti, bank sektorunda aparılan islahatlar və iki ölkə arasında qarşılıqlı iqtisadi münasibətlər, o cümlədən bank sistemləri arasında əməkdaşlıq barədə müzakirələr aparılıb.

E. Rüstəmov Azərbaycan və Türkiyə arasında iqtisadi, o cümlədən bank sahəsində əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, iki ölkənin mərkəzi bankları və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. AMB sədri Azərbaycanda bank sektorunun inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verərək 2011-ci ilin ötən dövründə bank sisteminin əsas göstəricilərini də diqqətə çatdırıb.

D. Yılmaz Azərbaycanın maliyyə-bank sektorunda görülən işləri yüksək qiymətləndirərək ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu bildirib. Türkiyə və Azərbaycan iqtisadiyyatı arasında intensiv əlaqələrin qurulduğunu vurğulayan nümayəndə heyətinin üzvləri bu əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyini qeyd edib.

Görüşdə həmçinin ölkələr arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR