Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: İpoteka kreditlərinin verilməsi qaydalarında dəyişiklik edilə bilər

Azərbaycan Mərkəzi Bankı: İpoteka kreditlərinin verilməsi qaydalarında dəyişiklik edilə bilər
# 22 oktyabr 2011 08:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişiklik edilə bilər. «APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin baş direktoru Rəşad Orucov bildirib.

Onun sözlərinə görə, hazırda qaydalara ediləcək dəyişikliklərlə bağlı təkliflərə baxılır: “Müxtəlif variantlara nəzər yetirilir, yəqin ki, ipoteka məbləğinin təxminən iki dəfə artırılaraq 100 min manata, sosial ipotekanın isə 60 min manata qədər artırılması nəzərdə tutulur”.

R. Orucov bildirib ki, ipotekanın faiz dərəcələrinin azaldılması məsələsi də təkliflər sırasındadır və bu məsələ hazırda müzakirə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR