Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Banklar gəlir və risk balansına daha çox diqqət yetirməlidir

Azərbaycan Mərkəzi Bankı: Banklar gəlir və risk balansına daha çox diqqət yetirməlidir
# 22 oktyabr 2011 10:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti illərdə kommersiya banklarından risklərin idarə edilməsi siyasəti üzrə gözləntiləri açıqlayıb. «APA-Economics»in məlumatına görə, AMB-nin baş direktoru Rəşad Orucovun sözlərinə görə, AMB-nin gözləntiləri əsasən kommersiya banklarında risk strategiyası və risk menecmentinin düzgün qurulması, bankların mövcud stress-test potensialının daha da artırılması, həmçinin fondların daha balanslı artım siyasəti həyata keçirməsi istiqamətlərini əhatə edir: “Əvvəllər banklar daha çox gəlirlik prinsipinə üstünlük verib. Lakin maliyyə böhranı zamanı tətbiq edilən stress-testlərin nəticəsi göstərir ki, gəlir və risk balansına daha çox diqqət yetirməlidir”.

R. Orucov həmçinin qeyd edib ki, banklar tərəfindən insan kapitalına investisiyaların artırılması məsələsi mühüm əhəmiyyət kəsb edir: “Xarici ölkələrdə milli sərvətin 70-80 faizini insan kapitalı təşkil edir. Məhz buna görə, də Azərbaycanda fəaliyyət göstərən banklar bu siyasətdən çəkinməməli, bu sahəyə investisiyaları artırmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR