Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı bank sektorunda girov mexanizminin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb

Azərbaycan Mərkəzi Bankı bank sektorunda girov mexanizminin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb
# 22 oktyabr 2011 11:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin bank sektorunda girov mexanizminin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayıb. «APA-Economics»in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında AMB-nin baş direktoru Rəşad Orucov bildirib.

Onun sözlərinə görə, bu mexanizmin təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb və hökumətə təqdim edilib: “Ümid edirik ki, yaxın zamanlarda layihə nəzərdən keçiriləcək. Təkliflərdə «İpoteka haqqında» qanun, Mülki Məcəllə və bir sıra digər qanunlara dəyişikliklərin edilməsi gözlənilir”.

R. Orucov bildirib ki, bu dəyişikliklər girov əmlakının reallaşdırılması prosesinin yaxşılaşdırılmasını və məhkəmə proseduraları da daxil olmaqla, reallaşdırılma müddətinin təqribən 7-8 ayadək azaldılmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR