Bank Of Baku

Gələn il Azərbaycanın dövlət büdcəsindən nəqliyyat sahəsinə 60,7 mln. manat vəsait ayrılacağı gözlənilir

Gələn il Azərbaycanın dövlət büdcəsindən nəqliyyat sahəsinə 60,7 mln. manat vəsait ayrılacağı gözlənilir
# 22 oktyabr 2011 11:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Gələn il Azərbaycanın dövlət büdcəsindən nəqliyyat sahəsinə 60,7 mln. manat vəsait ayrılacağı gözlənilir.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərcə etdiyi «Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri»nin təqdimatında bildirilir.

Təqdimatda qeyd olunub ki, 2012-ci ildə dövlət büdcəsində «Azərbaycan Hava Yolları» QSC-yə (AZAL) Naxçıvna həyata keçirilən aviareyslərə görə 10 mln. manat, Bakı Metropoliteninə isə 22,7 mln. manat transfert nəzərdə tutulub.

Bundan başqa Bakı şəhərində küçələrin və prospektlərin istismarına və təmirinə 28 mln. manat vəsaitin ayrılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR