Bank Of Baku

Bakıda «Böhrandan sonrakı dövrdə banklarda risklərin idarə edilməsi» mövzusunda forum keçirilib

Bakıda «Böhrandan sonrakı dövrdə banklarda risklərin idarə edilməsi» mövzusunda forum keçirilib
# 22 oktyabr 2011 11:31 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, forumda Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev çıxış edərək bildirib ki, tədbirin əsas məqsədi Mərkəzi Avrasiya regionu baklarının rəhbərləri ilə birlikdə böhrandan sonrakı dövrdə banklarda risklərin idarə edilməsində ortaya çıxan problemlərin aradan qaldırılması yollarının müzakirəsi və qarşılıqlı məlumat mübadiləsi aparmaqdır.

Tədbirdə daha sonra Azərbaycan Mərkəzi Bankın baş direktoru Rəşad Orucov Azərbaycanın bank sektorunun mövcud vəziyyətindən, böhran zamanı ölkədə fəaliyyət göstərən bankların dayanıqlığından və bu sektordan gələcək gözləntilərdən danışıb.

R. Orucov qeyd edib ki, 3-4 il əvvəl banklarda menecmentin stress-testi nəticəsində, maliyyə idarə edilməsində müəyyən boşluqlar ortaya çıxıb: “Bu zaman hansı risklərə çox diqqət yetirilməsi özünü bir daha sübut etdi. Həmin dövrdə maliyyə institutlarının həddən artıq borclanması da risk yaradan amillərdən biri idi. Bütün bunlara baxmayaraq, Azərbaycanın bank sektoru böhran zamanı risklərə qarşı dayanıqlıq nümayiş etdirdi”.

Qeyd edək ki, tədbirdə bank sektoru üzrə xarici mütəxəssislər Con Dorland və Kristof Dresler «Polşanın bank sektoruna ümumi baxış», «Müəssisələrdə risklərin idarə edilməsi», «Yeni risk idarə edilməsi aləti» və «Gündəlik risk idarəetmə metodlarının təşkili» mövzuları üzrə geniş təqdimatla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR