Bank Of Baku

Azərbaycanın maliyyə naziri Ümumdünya İqtisadi Forumunun İordaniyada keçirilən xüsusi iclasında iştirak edib

Azərbaycanın maliyyə naziri Ümumdünya İqtisadi Forumunun İordaniyada keçirilən xüsusi iclasında iştirak edib
# 24 oktyabr 2011 07:00 (UTC +04:00)
Bakı - APA-Economics. İordaniyanın Ölü dəniz sahilində Ümumdünya İqtisadi Forumunun Yaxın Şərq və Ərəb dünyasının iqtisadi inkişafına həsr olunmuş xüsusi iclası keçirilib.

Azərbaycanın İordaniyadakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, forumda İordaniya kralı II Abdullah, Pakistan prezidenti Asif Əli Zərdari, İspaniya kralı Xuan Karlos, Qətərin Nazirlər Şurasının sədri və xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cəbr Ali Tani, Liviyanın Müvəqqəti Keçid Hökumətinin başçısı Mahmud Cibril, Fələstin muxtariyyətinin baş naziri Salam Fəyyad, Ümumdünya İqtisadi Forumunun prezidenti Klaus Şevab, dünyanın bir sıra ölkələrinin sabiq hökumət başçıları, siyasi-ictimai xadimlər, iqtisadçı ekspertlər, 700-ə qədər iş adamı, 20 ölkədən nazirlər, habelə 50-dən çox ölkənin vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda Azərbaycanı maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Konfransın işində Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı da iştirak edir.

Forumda çıxış edən Fransanın keçmiş baş naziri Edvard Bilardo “Böyük 8-lik” adından danışaraq, bu qrupun 2011-2013-cü illər ərzində “ərəb baharı” ölkələri və İordaniyada siyasi-iqtisadi islahatların, habelə sənayenin inkişafının uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədilə 70-80 mlrd. dollar həcmində kredit və yardım ayırmaq niyyətində olduğunu bildirib. Forum çərçivəsində Yaxın Şərq və ərəb dünyasının üzləşdiyi bir sıra iqtisadi problemlər və onların həll yolları ətrafında seminarlar da təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR