Bank Of Baku

«Dəmirbank»ın aktivləri 16% artıb

«Dəmirbank»ın aktivləri 16% artıb
# 24 oktyabr 2011 08:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivləri 2011-ci il oktyabrın 1-nə 347 mln. manat təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 47,4 mln. manat və ya 15,8% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi bu dövr ərzində 30,4 mln. manat və ya 13,8% artaraq 250,1 mln. manata çatıb.

Bankda müştəri depozitlərinin həcmi 141,3 mln. manat olub, o cümlədən əmanətlərin həcmi 94,7 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 17,7% və ya 14,2 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı oktyabrın 1-nə 20 mln. manat, məcmu kapitalı isə 49,2 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR