Bank Of Baku

Avrozona liderləri Avropa Maliyyə Sabitliyi Fondunun həcmini artırmaqdan imtina ediblər

Avrozona liderləri Avropa Maliyyə Sabitliyi Fondunun həcmini artırmaqdan imtina ediblər
# 24 oktyabr 2011 08:19 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Maliyyə Sabitliyi Fondunun (EFSF) avrozona ölkələrinin dövlət təminatı hesabına artırılması məsələsinə baxılmır. “APA-Economics”in “reuters”ə istinadən xəbərinə görə, bu barədə Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən zirvə toplantısının ilk gününün yekunlarını şərh edən sammitin sədri Herman van Rompey bildirib.

Onun sözlərinə görə, EFSF-nin mövcud resurslarından maksimum istifadə etmək lazımdır: “Bu zaman fondun həcmini payçıların kredit təminatlarının artırılması hesabına genişləndirilməsinə ehtiyac yoxdur”.

Herman van Rompey qeyd edib ki, hazırda sammit iştirakçıları iki əsas məsələni müzakirə edirlər və yekun qərarlarını oktyabrın 26-da elan edəcəklər.

Qeyd edək ki, Aİ-nin sammitində bank sektorunun 200 mlrd. avro deyil, 100 mlrd. avro təkrar kapitallaşması barədə qərar qəbul olunub. Sammitdən əvvəl EFSF-nin həcminin 440 mlrd. avrodan 2 trln. avroya qədər artırılacağı gözlənilsə də, bu addım təhlükəsiz sayılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR